Polşa Ukraynaya onlarla “Mi-24” helikopteri verib

Polşa onlarla “Mi-24” döyüş helikopterini Ukraynaya göndərib.

Turanın səsi ” bu barədə “Wall Street Journal”a istinadən xəbər verir.

“Ukraynanın sadiq müttəfiqi olan Polşa bu yaxınlarda Kiyevə sovet istehsalı olan onlarla Mi-24 döyüş helikopteri göndərib”, – nəşr öz mənbələrinə istinadən yazır.

Polşa Rusiya ilə müharibədə Ukraynaya ən çox dəstək verən ölkələrdən biridir. Varşava Kiyevə hərbi yardım göstərir, həmçinin Ukraynanın NATO-ya dəvətini dəstəkləyir.

O cümlədən, Polşa Ukrayna Hərbi Hava Qüvvələrinə “MiQ-29” təyyarələrini verib. Polşa, həmçinin ukraynalı pilotlara “F-16” qırıcılarını idarə etmək barədə təlim keçməyi planlaşdırır və artıq müvafiq cədvəl tərtib olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir