Polşa prezidentindən Rusiya ilə bağlı sərt açıqlama
Polşa prezidenti Anjey Duda “Wirtualna Polska” nəşrinə müsahibəsində deyib ki, Rusiyanın Ukrayna münaqişəsində qələbəsi NATO ilə müharibəyə səbəb ola bilər.
“Turanın səsi ” xəbər verir ki, Dudanın fikrincə, bu halda Rusiya ilə Şimali Atlantika Alyansı arasında potensial müharibə inanılmaz dərəcədə yaxın olardı.
“Hazırda NATO Rusiya ilə mümkün hərbi əməliyyatlara hazırlaşır”, – Duda Ukraynanın Rusiya Federasiyası ilə münaqişədə mümkün məğlubiyyəti ilə bağlı suala cavab olaraq qeyd edib.