Politico: Çin şirkətləri Rusiyaya silah və zirehli jiletlər verib


Çin şirkətləri Rusiya təşkilatlarına 1000-ə yaxın avtomat, həmçinin hərbi məqsədlər üçün istifadə oluna bilən pilotsuz uçuş aparatları üçün ehtiyat hissələri və zirehli jiletlər göndəriblər.

Turanın səsi ” in məlumatına görə, bu barədə “Politico” ImportGenius aqreqatorunun təqdim etdiyi ticarət və gömrük məlumatlarına istinadən xəbər verir.

Nəşr qeyd edib ki, tədarüklər 2022-ci ilin iyun və dekabr ayları arasında həyata keçirilib. Belə ki, Çinin ən böyük dövlət müdafiə podratçılarından biri olan “China North Industries Group Corporation Limited” keçən iyun ayında “CQ-A” avtomatları göndərib. Amerikanın “M-16” avtomatlarının modelinə uyğun olaraq hazırlanan “CQ-A”lar “Tekhkrim” şirkətinə göndərilib.

Hesab-fakturalarda avtomatlar “mülki ov tüfəngləri” kimi qeyd olunub. “CQ-A” Çinin hərbi polisi, eləcə də Filippin, Cənubi Sudan və Paraqvay ordusu tərəfindən istifadə olunur.

Gömrük məlumatlarına görə, 2022-ci ilin sonunda Rusiya təşkilatları Çindən PUA-lar üçün 12 partiya ehtiyat hissələri, həmçinin 12 ton zirehli jilet alıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir