Pezeşkian Putinə zəng etdi

İran tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

turaninsesi.az” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Əsas diqqət Suriya Ərəb Respublikasındakı vəziyyətin gərginləşməsinə yönəlib. Terrorçu qrupların və bandaların genişmiqyaslı təcavüzü Suriya dövlətinin suverenliyinə, siyasi və sosial-iqtisadi sabitliyinə zərbə vurmaq məqsədi daşıdığı kimi qiymətləndirilib. Suriyanın qanuni hakimiyyət orqanlarının ölkənin konstitusiya quruluşunun və ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlara və Türkiyə ilə birlikdə “Astana formatı” çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyinə görə qeyri-şərtsiz dəstək ifadə edilib”, – deyə məlumatda vurğulanıb.

Telefon söhbətində Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrdə inkişafının aktual məsələləri, o cümlədən oktyabrın 23-də Kazanda keçirilən danışıqların yekunu üzrə Putin və Pezeşkian arasında əldə olunmuş razılaşmalar nəzərə alınmaqla müzakirə edilib.

İki lider arasında digər səviyyələrdə gələcək təmasların planı müəyyən edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI