Pezeşkian: Paytaxtı Fars körfəsinə köçürək

“Mən Ali Rəhbərə təklif etdim ki, paytaxtı Fars körfəzinə köçürək”.

turaninsesi.az” xəbər verir ki, bunu İran prezident Məsud Pezeşkian deyib.

“Məsələ media mövzusu olanda bəziləri bu təklifitənqid edirdi, amma bu gün problemləri görüb anlaylar ki, bu təklif seçim yox, tələbdir. Fars körfəzi çıq sulara birbaşa çıxışı və ticarət-iqtisadi əlaqələrin inkişafını təmin edir. Bu bölgənin imkanlarına başqa cür baxsaq, çox firavan və inkişaf etmiş bir bölgə yarada bilərik”, – deyə o, fikrini izah edib.  

Pezeşkian paytaxtı köçürmənin əsas səbəbini də açıqlayıb: “Tehran, Kərəc və Qəzvin hazırda su böhranı ilə üzləşib və bu böhran asanlıqla həll oluna bilməz. Keçən il yağıntının miqdarı 140 millimetr idisə, norma 260 millimetrdir; yəni təxminən 50-60 faiz azalma var. Bu il də vəziyyət eyni dərəcədə kritikdir.

Bəndlərdə suyun azalması, bəzi quyuların quruması və suyun başqa ərazilərdən daşınmasının yüksək xərcləri yanaşmanın dəyişdirilməsinə ehtiyac olduğunu göstərir. Ölkənin cənubundan Tehrana su çatdırmaq istəsək, bir kubmetrin qiyməti 4 avroya qədər olacaq; yəni təxminən 500.000 tümən.

Bəzi bölgələrdə torpaq ildə 30 santimetrə qədər çökür. Bu, fəlakətdir və ayağımızın altındakı suyun tükəndiyini göstərir. Biz hətta cənub bölgələrindən su daşımaqla belə bu prosesi davam etdirə bilmərik. Xərclər çox artacaq və Tehranda həyat qeyri-mümkün olacaq”.

Arzu Paşaqızı