Pezeşkian özünü Şah Abbasa bənzətdi
İraq səfərindən qayıdan İran prezidenti Kərbəla ziyarəti barədə maraqlı hekayət danışıb.
“turaninsesi.az” IRIB-ə istinadla xəbər verir ki, hökumət başçısı qədim hökmdarlar kimi təğyiri-libas olmaq məcburiyyətində qaldığını bildirib:
“Kərbəlada İmam Hüseynin məqbərəsini ziyarət etdikdən sonra izdihamın çoxluğunu və ziyarətçilərə maneələr yaratmamaqdan hz. Əbülfəzl Abbasın ziyarətinə təğyiri-libas olaraq getməli oldum. Mən qiyafəmi və simamı bir qədər dəyişdirdim, başıma papaq qoydum və maska taxdım. Ümid edirəm ki, ziyarət zamanı heç kimə əziyyət vermədim”.