Pezeşkian: Gələcək barədə Suriya xalqı qərar verməlidir

Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanması vacibdir. Bu ölkənin gələcəyi, siyasi-ictimai sistemi ilə bağlı qərar verən Suriya xalqıdır.

turaninsesi.az” xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

O, anlaşmaya nail olmaq üçün Suriya cəmiyyətinin müxtəlif spektrləri arasında dialoqun zəruriliyinə diqqət yetirib və Suriya xalqının sülh şəraitində və hər hansı bir təhlükədən uzaq yaşaya bilməsi üçün hərbi münaqişə və zorakılığın ən qısa zamanda bitəcəyinə ümid etdiyini bildirib.