Peskov: “Türkiyənin bizim üçün yaxşı qonşu olması üçün hər şeyi etməliyik”
“Biz Türkiyənin bizim üçün yaxşı qonşu olması üçün hər şeyi etməliyik”.
“Turanın səsi ” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Moskva və Ankara yaxşı qonşu olmaq üçün hər şeyi edirlər. Türk dilində belə bir atalar sözü var – mən təhsilcə türkoloqam – yaxşı qonşu pis qohumdan yaxşıdır”, – Peskov bildirib.
Onun fikrincə, qarşılıqlı əlaqələr ikitərəfli əməkdaşlıqdan geniş şəkildə istifadə etməyə, daha çox şirkəti əməkdaşlığa cəlb etməyə imkan verir.
“Bu, həqiqətən də görünməmiş qarşılıqlı əlaqədir”, – Kreml sözçüsü əlavə edib.