Peskov: Təki İrəvan Kiyev rejiminin yolunu getməsin

Kreml Ermənistanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığının artmasına hörmətlə yanaşır, lakin ümid edir ki, bu, Yerevan və Moskva arasında münasibətlərin inkişafına zərər verməyəcək.

turaninsesi.az” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Biz Ermənistanın siyasi müdrikliyinə güvənirik, bu cür axtarışlara hörmətlə yanaşırıq, sadəcə olaraq, bu axtarışların Kiyev rejiminin bir vaxtlar seçdiyi rejimdə, yəni “ya-ya da” alternativsizliyində aparılmasını istəməzdik, siyasi baxış budur ki, bizim görmək istədiyimiz şey bu deyil”.

Peskov Aİ-nin Ermənistana 10 milyon avro dəyərində hərbi-texniki yardım göstərmək qərarını şərh edib: “Ermənistan suveren ölkədir və qarşılıqlı fəaliyyətin prioritet sahələrini özü seçir”.

O, Ermənistanın Rusiya üçün müttəfiq və qardaş ölkə olduğunu da vurğulayıb.

“Biz səmimi münasibətlərimizi davam etdirmək əzmindəyik, onları inkişaf etdirmək niyyətindəyik, çoxlu planlarımız var”, – deyə Kreml nümayəndəsi əlavə edib və Ermənistan və Rusiyanın bir çox inteqrasiya layihələrində iştirak etdiyini xatırladıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir