Peskov İranın Rusiyaya raket təchizatından danışdı
Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov İranın Rusiyaya yaxın mənzilli raketlər verməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
“turaninsesi.az” xəbər verir ki, o, jurnalistlər üçün brifində deyib:
“Biz bu məlumatı gördük. Hər dəfə bu cür məlumatlar reallığa uyğun gəlmir. İran bizim mühüm tərəfdaşımızdır. Biz ticarət-iqtisadi əlaqələri inkişaf etdiririk. Bütün mümkün sahələrdə, o cümlədən ən həssas sahələrdə əməkdaşlığımızı və dialoqumuzu inkişaf etdiririk. Bunu ölkələrimizin xalqlarının maraqları naminə davam etdirəcəyik”.