Peruda güclü zəlzələ olub
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230311_103024-2.jpg)
Peruda 5,3 maqnitudalı zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, yeraltı təkanların episentri təxminən 5,7 min nəfər əhalisi olan Barranka şəhərindən 80 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 35,7 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.