Pentaqon Ukraynaya “Abrams” tankları göndərməyi planlaşdırır
![](https://turaninsesi.az/wp-content/uploads/2023/03/20230321_205526.jpg)
Pentaqon payızda Ukraynaya “Abrams” tankları göndərməyi planlaşdırır.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bundan əvvəl ABŞ hakimiyyəti Ukraynaya 31 yeni “M1A2 Abrams” tankı göndərmək niyyətini açıqlamışdı.
Sonradan isə köhnə modellərin – “M1A1″in göndərilməsinə qərar verilib.
Qeyd edək ki, sürəti 40 km/saatdan çox olan “Abrams” tankları Rusiya istehsalı olan əksər tanklardan üstün hesab edilir.