Pentaqon: Trampın danışıqları qitədə sülhə gətirib çıxaracaq
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/resize-6-79.jpeg)
Donald Trampın Vladimir Putin və Volodimir Zelenski ilə danışması qitədə sülhün təmin olunmasına gətirib çıxaracaq.
“turaninsesi.az” Fox News-a istinadla xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.
“Dünyada tərəfləri bir araya gətirərək sülhü təmin etmək qabiliyyətinə malik yeganə şəxs var: prezident Donald Tramp. O bunu dünən həm Rusiya, həm də Ukrayna prezidentləri ilə danışaraq göstərdi və inanırıq ki, bu, qitədə davamlı və uzunmüddətli sülhün təmin olunmasına gətirib çıxaracaq”, – Heqset qeyd edib.
Pentaqon rəhbərinin sözlərinə görə, Trampın məqsədi Avropanın və ABŞ-nin maraqlarına uyğundur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI