Pentaqon Rusiyanın “Kinjal” hipersəs raketinin “Patriot” vasitəsilə zərərsizləşdirildiyini təsdiqləyib

Ukrayna hərbçiləri Rusiyanın “Kinjal” hipersəs raketini “Patriot” zenit-raket kompleksinin köməyi ilə vura bilib.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Pentaqonun spikeri general Patrik Rayder brifinqdə təsdiqləyib.

“Ukraynanın hazırlığına, inventarına və ya raketin ələ keçirilməsinə gəldikdə, mən onların “Patriot” raketdən müdafiə sistemindən istifadə edərək Rusiya raketini (“Kinjal” – red.) vurduğunu təsdiq edə bilərəm”, – Rayder Ukrayna SQ-nin Hava Qüvvələrinin müvafiq məlumatını şərh edərkən deyib.

Xatırladaq ki, mayın 5-də Ukrayna hərbçilərinin Rusiyanın “Kinjal” hipersəs raketini zərərsizləşdirməsinə dair məlumat yayılmışdı.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir