Pentaqon: Rusiya çatışmazlıq səbəbindən İran və KXDR-dən raket istəyir
Kreml öz döyüş başlıqları və pilotsuz uçuş aparatlarının çatışmazlığı ilə üzləşdiyi üçün İran və Şimali Koreyadan raketlər istəməyə davam edir.
“Turanın səsi” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal deyib.
Bu baxımdan ABŞ Moskvanın Tehran və Pxenyanla münasibətlərinin dərinləşməsini gözləyir.
“Açq desək, bu, Rusiyanın çarəsizliyinə işarədir ki, onlar İran və Şimali Koreyaya üz tuturlar. Aviasiyaya gəlincə, hesab edirəm ki, biz İran və Rusiya Federasiyasının münasibətlərini dərinləşdirməsini gözləməliyik. Çünki Rusiya çatışmayan silahları əldə etmək üçün getdikcə daha çox başqa ölkələrin köməyinə arxalanacaq”, – Pentaqon təmsilçisi bildirib.
Öz növbəsində, ABŞ dövlət katibinin müavini Vendi Şerman deyib ki, Birləşmiş Ştatlar Rusiya-İran münasibətlərindən narahatdır. Vaşinqton rəsmi Kremlin özünün raket istehsalı ilə bağlı gördüyü hər şeyi izləyəcək və sanksiyalar tətbiq edəcək.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09