Pentaqon rəhbəri Volodimir Zelenskiyə yardımın davam edəcəyinə söz verib
ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Oustin Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
“Turanın səsi ” xəbər verir ki, o, bu barədə “X” də yazıb.
“Biz müttəfiqlərimizlə birlikdə döyüş meydanında Ukraynanı dəstəkləməyə və bu dövlətin uzunmüddətli müdafiə tələblərini dəstəkləməyə davam edəcəyik”, – o bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam bərpa olunmadan savaş başa çatmayacaq. V. Zelenski daha əvvəl söyləmişdi ki, Qərbin dəstəyi olmasa, Ukrayna geri çəkiləcək.