Pentaqon rəhbəri Qərb ölkələrini Kiyevə yardımı artırmağa çağırdı
ABŞ-ın müdafiə naziri Lloyd Austin qışın yaxınlaşması fonunda Qərb ölkələrini Ukraynaya yardımı artırmağa çağırıb.
“turaninsesi.az” xəbər verir ki, o, Almaniyadakı Ramşteyn aviabazasında Ukrayna üzrə təmas qrupunun iclasında bildirib:
“İndi kritik məqamdır. Xüsusilə qışın yaxınlaşması ilə vaxt çox vacibdir. Hamımız Ukraynaya dəstəyimizi və tez bir zamanda artırmalıyıq”.
Pentaqon rəhbəri bildirib ki, o, Ukrayna və Qərb ölkələrinin hərbi-sənaye kompleksinin gücləndirilməsi yollarını müzakirə etməyi səbirsizliklə gözləyir.
Ostinin sözlərinə görə, ABŞ müdafiə rəsmiləri silah tədarükünü sürətləndirmək və Kiyevin onlara olan ehtiyaclarını ödəmək üçün digər Qərb tərəfdaşları ilə yaxından işləyirlər.