Pentaqon rəhbəri: “ABŞ Ukraynaya görə Rusiya ilə müharibə etməyəcək”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230419_085446.jpg)
“ABŞ Ukraynaya görə Rusiya ilə müharibə etməyəcək”.
“Turanın səsi ” xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin “The Washington Post” nəşrinə bildirib.
Ostindən həmçinin Ukrayna Silahlı Qüvvələrinin qarşıdan gələn əks-hücumunun uğursuzluğu halında hadisələrin inkişafı ilə bağlı sual verilib.
“Biz Ukrayna Silahlı Qüvvələrinin növbəti döyüşdə uğur qazanmasını təmin etmək istəyirik”, – nazir bildirib.