Pentaqon: “Qərb Kiyevə hərbi yardımın sürətini azaltmaq niyyətində deyil”

0

Qərb Ukraynadakı hərbi əməliyyatlarda hazırda həlledici məqam olduğuna əsaslanaraq, Kiyevə hərbi yardımın sürətini azaltmaq niyyətində deyil.

Turanın səsi ” xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Vaşinqton və onun müttəfiqləri tərəfindən Ukraynaya dəstək məqsədilə yaradılmış təmas qrupunun Almaniyadakı Ramşteyn aviabazasında keçirilən növbəti iclasının yekunları üzrə mətbuat konfransında deyib.

“ABŞ Prezidentinin dediyi kimi, bu, dünya üçün həlledici onillikdir və Ukraynanın özünümüdafiəsi üçün əsas məqamdır. Bu təmas qrupu sürətini azaltmayacaq”, – Ostin bildirib.

O, qeyd edib ki, Kiyevə hava hücumundan müdafiə sistemləri və zirehli texnikanın tədarükü təmas qrupunun iclasının gündəliyində duran əsas məsələlər olub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir