Pentaqon hipersəs raketlərindən çoxsəviyyəli müdafiə sistemi yaradır

Pentaqon hipersəs raketlərindən çoxsəviyyəli müdafiə sisteminin yaradılmasını əsas vəzifələrindən biri hesab edir.

Turanın səsi ”  “Defence News”a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin Raketdən Müdafiə Agentliyinin icraçı direktoru Laura Desimon deyib.

“Biz bəzi rəqiblərimizin bu yeni tipli raketləri – hipersəs raketlərini inkişaf etdirmək üçün sınaqdan keçirdiklərini gördük. Ona görə də raketlərdən mümkün qorunmanın əsas parametrlərini müəyyən edirik”, – L.Desimon bildirib.

Onun sözlərinə görə, hipersəs raketlərini tanımaq üçün sistemlər hazırlamaq və onları dəf etmək üçün çoxqatlı müdafiə vacibdir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir