Pentaqon ABŞ HHQ-nin 17 obyektində rabitə sisteminin sındırılmasını araşdırır


Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin 17 obyektində rabitə sistemlərinin sındırılmasını araşdırır.

Turanın səsi ” bu barədə “Forbes” jurnalına istinadən xəbər verir.

Belə ki, Pentaqonun mühəndislərindən biri ABŞ HHQ-nin 17 obyektindəki rabitə sistemini sındırıb. Söhbət Tennessi ştatındakı Arnold Hərbi Hava Qüvvələri bazasında işləyən bir işçidən gedir.

Nəşrin məlumatına görə, 48 yaşlı mühəndis dövlət radiotexnikasını öz istifadəsi üçün oğurlayıb. Onun oğurladığı müvafiq avadanlıqların dəyəri təxminən 90 min dollar olub.

Qeyd olunur ki, axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları mühəndisin Hava Təlim Komandanlığının istifadə etdiyi radiotexnologiyalara icazəsiz girişi olduğunu aşkar ediblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir