Paşinyanın ABŞ-dəki fotosunda DİQQƏTÇƏKƏN DETAL – FOTOLAR
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/resize-4-56.jpeg)
Ermənistanın Baş naziri Nikol Paşinyanın xarici işlər naziri Ararat Mirzoyan və bir qrup İrəvan rəsmisi ilə ABŞ-a səfəri maraqla qarşılanıb. Səfər çərçivəsində onlar bir sıra Ağ Ev nümayəndələri və erməni diasporunun üzvləri ilə görüşlər keçiriblər.
“turaninsesi.az” xəbər verir ki, Mirzoyanın görüşdən paylaşdığı fotoda Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin divardakı təsviri diqqət çəkib.
Bəs uzun illərdir dünyada məşhur olan bu portretin mənası nədir? Hansı mesajı verir?
Böyük Britaniyanı İkinci Dünya müharibəsində qələbəyə aparan lider kimi tanınan Uinston Çörçilin bu rəsmi uzun illərdir motivasiya görüntüsü kimi qəbul edilir. Portretdə Çörçilin qələbə ilə bağlı bu məşhur sözlərindən ilhamlanaraq qeyd olunub: “Zəfər üçün heç bir ümidin olmadığı zaman savaşmağa məcbur ola bilərsiz. Çünki qul kimi yaşamaqdansa, yox olmaq daha yaxşıdır. Qələbəyə zəmanət verə bilmərik, sadəcə layiq ola bilərik”.
İddialara görə, II Dünya müharibəsi zamanı – 1940-cı ildə Böyük Britaniya kralı VI Corc hökuməti tərəfindən Çörçilin bu sözlərindən ilham alınaraq onun “Deserve victory” (Qələbəyə layiq olmaq) yazılan portreti hazırlatdırılır. Bu foto ingilislərin qələbəyə inamı və zəfərinin simvolu kimi qəbul edilir. Sözügedən portret o dövrdə ingilislər arasında təbliğat vasitəsi kimi istifadə olunur və əhalini qələbəyə ruhlandırır. Bu, həmin dövrdə nasist Almaniyası və Adolf Hitlerin sərt və ağrılı propaqanda plakatlarından kəskin şəkildə fərqlənir. Belə ki, Çörçilin portretində Hitlerdən fərqli olaraq “sadə vətəndaş” obrazı hissinin verilməsinə diqqət edilir.
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/51xlx-8ydL._AC_.jpg)
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/ty-chem-pomog-frontu-91054a-640.jpg)
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/Messenger_creation_6A36A45D-B9DE-4575-A5AC-736B9B9D1E40.jpeg)
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/Messenger_creation_E32D1993-2253-48CE-A179-EA26FEF19DAF.jpeg)
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI