Paşinyandan Rusiyaya qarşı sərt sözlər 

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün Karen Dəmirçyan adına İdman Konsert Kompleksində keçirdiyi mətbuat konfransında Rusiyaya qarşı sərt ittihamlar səsləndirib. 

turaninsesi.az” -ın məlumatına görə, jurnalistlər ona Ermənistanın KTMT-dən nə vaxt çıxacağı və Ermənistandakı 102-ci Rusiya hərbi bazasının taleyi ilə bağlı suallar ünvanlayıb. 

“KTMT-dən çıxma gününü və vaxtını deyə bilmərəm və Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ilə bağlı sualımız yoxdur”, – Paşinyan bildirib.

O əlavə edib ki, Ermənistan sərhədçiləri Zvartnots hava limanında tam xidmət göstərir: “Biz Rusiya sərhədçilərinə uzun illərdir bu xidməti göstərdiklərinə görə təşəkkür etmişik və qeyd etmişik ki, bunu özümüz həyata keçirmək üçün kifayət qədər imkanlarımız var. Bu, Rusiya Federasiyası üçün diqqətsiz məsələ deyil, həm də yükdür. Kim dedi ki, Rusiyanın imkanları qeyri-məhduddur, xüsusən də indiki vəziyyətdə?”. 

Paşinyan Rusiyanı üçtərəfli bəyanatın müddəalarından yayınmaqda ittiham edib. O əlavə edib ki, Rusiya 10 noyabr bəyantının məntiqi ilə heç bir əlaqəsi olmayan və onunla ziddiyyət təşkil edən şərhlər səsləndirir. 

“Regional kommunikasiyaların açılması mövzusuna gəlincə, Ermənistan həmin mövzunu nəinki sabotaj etmir, əksinə, ciddi şəkildə maraqlanır”, – Paşinyan qeyd edib. 

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın regional kommunikasiyalar məsələsini sabotaj etdiyini bildirib. 

O, Rusiyanın regional kommunikasiyalar məsələsində vasitəçiliyinə şübhə ilə yanaşıb. 

“Mən heç bir vasitəçiliyi istisna etmirəm, lakin bu, şəraitdən asılıdır. Açıq desək, məsələn, Ermənistanı bu mövzunu sabotaj etməkdə ittiham edən bir ölkənin regional kommunikasiyalar məsələsində vasitəçi kimi çıxış edəcəyini necə təsəvvür edirsiniz? Belə bəyanat verən tərəf özünü bütün mümkün vasitəçiliklərdən kənarda qoyur. Siz harada görmüsünüz ki, vasitəçi tamamilə əsassız ittiham irəli sürür və axırda biz deyirik: gəlin vasitəçi olun”, – Paşinyan bildirib. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir