Paşinyan Putini həbs etdirmək istəyir – Rusiyaya arxadan vurulan zərbə – ŞƏRH

Beynəlxalq Cinayət Məhkəməsi bu qurumun qərarlarını tanıyan ölkələrdə Rusiya Prezidenti Vladimir Putinin həbsi barədə qərar qəbul etdikdən sonra müxtəlif dövlətlər bu məsələyə fərqli reaksiya verdilər. Ermənistanın Konstitusiya Məhkəməsi bunu daxili qanunvericiliyə uyğun hesab etdiyini açıqlayıb. Qeyd olunub ki, V.Putin Ermənistanda da həbs oluna bilər.

Məlum olduğu kimi, Ermənistan uzun illər Rusiyanın for-postu olub, bu dövlətin “çətiri altında” öz siyasətini, o cümlədən işğalçılıq ambisiyalarını həyata keçirib.

Rəsmi İrəvan zaman-zaman Moskvanın yardımlarından istifadə edib. Amma xüsusilə hazırkı baş nazir Nikol Paşinyan həm də hər fürsətdə Kremlə “badalaq vurub”. Hökumət başçısının Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) haqqında ayrı-ayrı vaxtlarda səsləndirdiyi fikirlər, həmçinin Vətən müharibəsindəki məğlubiyyətə görə birbaşa və dolayısı yolla Kreml rəhbərini ittiham etməsi İrəvanın sürüşkən siyasətinin təzahürüdür.

Kreml rəsmiləri, o cümlədən də V.Putin Ermənistanın onların yaxın tərəfdaşı olduğunu bir neçə dəfə diqqətə çatdırıblar. Ermənistanın hazırkı ritorikası, o cümlədən Rusiya lideri barədə həbs qərarını dəstəkləməsi isə arxadan zərbə vurmaqdan başqa bir şey deyil.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir