Paşinyan Putinə zəng etdi

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

“İkitərəfli münasibətlərin gələcək inkişafının müxtəlif aspektləri, o cümlədən ticari-iqtisadi, energetika və nəqliyyat sahələrində əməkdaşlıq müzakirə olunub”, – məlumatda qeyd edilib.

Arzu Paşaqızı