Paşinyan ölən əsgərləri “saya” bilmədi

Ermənistan Baş naziri Nikol Paşinyan erməni təxribatı nəticəsində ötən gün sərhəddə başlayan toqquşma barədə paylaşım edib.

Turanın səsi ” xəbər verir ki, X sosial şəbəkəsindəki paylaşımında Nikol Paşinyan öz təxribatını ört-basdır etmək üçün Azərbaycanı ittiham edib və “Ermənistanın ərazi bütövlüyündən” bəhs edib.

Maraqlıdır ki, Paşinyan paylaşımında toqquşma nəticəsində 3 erməni əsgərinin öldüyünü, 2 nəfərin isə yaralandığını bildirib. Halbuki Ermənistan Müdafiə Nazirliyi 4 erməni əsgərin məhv edildiyini təsdiqləyib, hətta ölənlərin adını da açıqlayıb, erməni mediası isə məhv edilənlərin dosyesini və fotolarını yayıb.

Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb.

Ordumuz cavab tədbirləri ilə 4 erməni əsgər – Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtiçyan, Vaçaqan Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyan – məhv edilib, bir erməni əsgər yaralanıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir