Paşinyan istefaların səbəbini izah etdi: “Mən xahiş etdim”

Ermənistanın baş naziri Nikol Paşinyan genişmiqyaslı istefaların səbəbini açıqlayıb.

turaninsesi.az” xəbər verir ki, o, sosial şəbəkələrdə yazıb:

“Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən geniş müzakirələri nəzərə alaraq bildirməyi zəruri hesab edirəm ki, mən bəzi yüksək vəzifəli şəxslərdən tutduqları vəzifələrdən getmələrini xahiş etmişəm.

Belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil, açıq şəkildə söylədiyim sistem xarakterlidir.

Eyni zamanda, adları çəkilən tərəfdaşlarımızın dövlətçiliyimizin inkişafında xidmətlərini inkar edə bilmərəm və hər kəsə töhfələrinə və xahişimi başa düşdüklərinə görə təşəkkür edirəm”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI