Paşinyan İran TŞ katibini qəbul etdi

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

turaninsesi.az” Khabar Online-a istinadla xəbər verir ki, görüşdə sülh və sabitliyin ancaq region ölkələrinin əməkdaşlığı ilə mümkün olduğu vurğulanıb.

Əhmədian qeyd edib ki, regiondankənar və xarici qüvvələrin mövcudluğu regionda siyasi və təhlükəsizlik tənliklərinin mürəkkəbliyini artırır və problemlərin həllinə kömək etmir.

Tərəflər sənaye, kənd təsərrüfatı, nanotexnologiya və biotexnologiya sahələrində elmi və texnoloji təcrübələrin mübadiləsi barədə razılığa gəlib.

Ermənistanın baş naziri Şimal-Cənub dəhlizində daha çox iştirak və əməkdaşlıq və bu imkandan istifadə etmək arzusunu ifadə edib.