Paşinyan: “Ermənistan və Azərbaycan 1975-ci ilin xəritələri əsasında delimitasiyaya razılaşıblar”
Rəsmi İrəvan və Bakı 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq veriblər.
“Turanın səsi ” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu baş naziri Nikol Paşinyan deyib.
Ümumiyyətlə, Paşinyanın fikrincə, müzakirəni faydalı hesab etmək olar.
“Danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub”, – Ermənistanın baş naziri qeyd edib.
O, həmçinin qeyd edib ki, Ermənistan tərəfi anklav kəndləri Azərbaycana qaytarmağa hazırdır.