Paşinyan buna görə Rusiya ilə əlaqələri tamamilə kəsəcək – Putini yıxan açıqlama…

Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlaması regiondakı siyasi gündəmə bomba kimi düşüb.
“turaninsesi.az” xəbər verir ki, Paşinyan KTMT-dən (Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı-red.) çıxmaq ehtimalını Ermənistanın bu qurumdakı üzvlüyünü ləğv etmək ehtimalından daha yüksək qiymətləndirib.
Siyasətçilərin fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyan son zamanlar “Ermənistan ərazisi üçüncü bir ölkəyə qarşı istifadə edilə bilməz” kimi cəsarətli və dolayısı ilə Rusiyanı hədəfə alan bəyanatlarla çıxış edir. Bu mövqe, əslində, KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) münasibətdə artıq siyasi xəttin dəyişdiyini nümayiş etdirir. Paşinyanın KTMT ilə əlaqələri “dondurmaq” qərarına gəlməsi təsadüfi deyil – bu, Ermənistanın 2020 və 2022-ci illərdə Azərbaycanla yaşadığı hərbi toqquşmalarda təşkilatdan dəstək görməməsinin nəticəsidir. Halbuki, həmin dövrdə Ermənistan KTMT-dən öz maraqları naminə hərbi müdaxilə gözləyirdi.
Əslində isə vəziyyət paradoksaldır: Azərbaycan yalnız öz ərazilərini işğaldan azad etmişdi və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə müdaxilə etməmişdi. Belə olan halda, KTMT-nin münaqişəyə müdaxilə etməməsi həm hüquqi, həm də siyasi baxımdan əsaslı idi. Bu vəziyyət Azərbaycanın diplomatik uğurunu və regional nüfuzunu bir daha ortaya qoydu. Nəticədə KTMT daxilində Ermənistanın cəhdləri uğursuz nəticələndi və Paşinyan isə bu təşkilatdan uzaqlaşmaq məcburiyyətində qaldı.
Buna baxmayaraq, Kremlin Ermənistanla bağlı gözləntiləri hələ də qalır. Rusiya tərəfi Paşinyanın KTMT-yə qayıdacağına ümid edir. Lakin Nikol Paşinyan bu məsələdə hələ də qəti qərar verməyə nə siyasi iradə, nə də risk almaq cəsarəti göstərə bilir. Əgər Ermənistan KTMT-dən tam çıxmaq qərarını versə, bu, domino effekti yarada bilər. Növbəti addım olaraq, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyi də İrəvana təzyiq göstərə və Ermənistanın bu qurumdan da çıxmasını tələb edə bilər. Bu isə artıq Ermənistanın Moskva orbitindən kənara çıxması və tamamilə Qərbə inteqrasiya etməsi anlamına gələcək ki, Paşinyan hələ ki, bu qədər irəli getməyə hazır deyil.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI