Paşinyan ATƏT sədri ilə görüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borqla görüşüb.
“Turanın səsi ” xəbər verir ki, görüşdə ATƏT-lə əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər həmçinin Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Danışıqlarda Ermənistanla Azərbaycan arasındakı normallaşma prosesi də nəzərdən keçirilib. Yan Borq bildirib ki, rəhbəri olduğu təşkilat üzv ölkələrin yerləşdiyi regionlarda dayanıqlı sülh və sabitlik istiqamətindəki səyləri dəstəkləyir və mandatı çərçivəsində onların təşviqinə sadiqdir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI