Paşinyan ABŞ vitse-prezidenti ilə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-ın vitse-prezidenti Ceyms Vens Ermənistan-Amerika münasibətlərini müzakirə ediblər.

turaninsesi.az” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər, o cümlədən regional gündəm müzakirə olunub.

Paşinyan Vaşinqtonda işgüzar səfərdədir, o, beşinci Beynəlxalq Dini Azadlıq Sammitində və “Milli İbadət Səhər yeməyi”ndə iştirak edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI