Paşinyan Ərdoğanın andiçmə mərasimində iştirak edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan bugün Türkiyəyə gedəcək.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Nikol Paşinyanın mətbuat xidmətindən bildirilib.
Məlumata görə, hökumət başçısı yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.