Parisdə 500 minə yaxın insan pensiya islahatına qarşı etiraz aksiyası keçirir
Fransa planlaşdırılan pensiya islahatlarından narazılıqlarını ifadə etmək məqsədilə yüzminlərlə insan ölkə paytaxtı Parisin küçələrinə çıxıb.
“Turanın səsi ” ” xəbər verir ki, bu barədə Fransa KİV-i “Ümumi Əmək Konfederasiyası” (CGT) həmkarlar ittifaqına istinadən məlumat yayıb.
CGT-nin hesablamalarına görə, nümayişçilərin sayı 500 min nəfərə çatır. Bu, islahat əleyhinə ilk kütləvi etirazların keçirildiyi yanvarın 19-u ilə müqayisədə 100 min nəfər çoxdur.
Fransa mətbuatının məlumatına görə, nümayişlər əsasən dinc xarakter daşıyır. Buna baxmayaraq, etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında müəyyən toqquşmalar olduğu da bildirilir.
BFMTV telekanalının məlumatına görə, Parisdə etiraz aksiyaları zamanı 6 nəfər saxlanılıb.
Qeyd edək ki, Fransanın digər böyük şəhərlərində də minlərlə insanın iştirakı ilə nümayişlər keçirilir. Həmkarlar ittifaqlarının məlumatına görə, Nantda 65 min, Lionda 45 mindən çox, Bordoda isə təxminən 70 min insan küçələrə axışıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09