Paraqvay Prezidenti Tayvanın BMT sisteminə qoşulmasını dəstəkləyib

0

Paraqvay Tayvanın BMT sisteminə qoşulmasını dəstəkləyir.

Turanın səsi ”  “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Prezidenti Santyaqo Penya BMT Baş Assmableyasında çıxış edərkən bildirib.

“Paraqvay hökuməti Çin Respublikası – Tayvanın Birləşmiş Millətlər Təşkilatı sisteminin ayrılmaz hissəsi olmasına dəstəyini ifadə edir”, – dövlət başçısı deyib.

Onun sözlərinə görə, BMT üzvlərinin bu məsələdə çözüm tapması vacibdir.

Qeyd edək ki, Paraqvay Çinin öz ərazisi olduğunu iddia etdiyi Tayvanla rəsmi əlaqələri olan sonuncu Cənubi Amerika ölkəsidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir