Papoyan: Aİİ-dən çıxmaq fikrimiz yoxdur
Ermənistan hökuməti Aİİ-dən çıxmaq məsələsini nəzərdən keçirmir.
“turaninsesi.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Gevork Papoyan bildirib.
“Hazırda Ermənistan Aİİ-nin üzvüdür və qurumdan çıxmaq məsələsi Ermənistan hökumətinin gündəliyində deyil”, – deyən nazirin sözlərinə görə, Ermənistanın Avropa İttifaqına üzvlük gündəliyi paralel gündəmdir:
“Vəzifəmiz bu gündəmləri müzakirə etmək deyil, iqtisadiyyatımızın rəqabət qabiliyyətini artırmaqdır. Ermənistanın Aİ-də, Aİİ-də və ya harada olmasının fərqi yoxdur. İqtisadiyyatımız rəqabət qabiliyyətini artırmalı, məhsuldarlığımız artmalıdır”.