Pakistanda növbəti partlayış olub, yaralılar var

0


Pakistanın Kvetta şəhərində (Bəlucistan əyalətinin mərkəzi – Red) partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.

Turanın səsi ”  xəbər verir ki, bu barədə “Doon News” polisə istinadən məlumat yayıb.

Qeyd olunub ki, insident Kvetta polisinin qərargahı yaxınlığındakı keçid məntəqələrinin birində baş verib. Partlayış nəticəsində 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Hələlik bölgədə fəaliyyət göstərən heç bir ekstremist qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Son 6 ayda Pakistan hökumətinin ölkənin mərkəzləşdirilməsini gücləndirmək istiqamətində həyata keçirdiyi tədbirlərə qarşı çıxan millətçi və separatçı qrupların fəallaşması səbəbindən Bəlucistanda vəziyyət gərginləşib.

Xatırladaq ki, yanvarın 30-da Pakistanda məsciddə partlayış baş verib. Belə ki, kamikadze partlayıcı qurğunu məsciddə günorta namazı zamanı işə salıb. Nəticədə 101 nəfərin ölüb, təxminən 200 nəfər yaralanıb. Ölənlərin böyük əksəriyyəti polis əməkdaşlarıdır. Hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” üzərinə götürüb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir