Pakistanda məsciddə partlayışda ölənlərin sayı 44 nəfərə çatıb – VİDEO – YENİLƏNİB-4

Pakistanın Peşavar şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Daha 157 nəfərin yaralandığı qeyd edilir. Qəzet yazır ki, dağıntılar altında insanlar qala biləcəyi üçün terror partlayışı baş verən yerdə xilasetmə əməliyyatı aparılır.

Geo TV-nin məlumatına görə, “Tehreek-e-Taliban Pakistan” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

16:44

Pakistanın Peşavar şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. 

turanın səsi ” xəbər verir ki, bu barədə yerli “Geo TV” telekanalı məlumat yayıb. 

Hadisə zamanı ərazidə 500-ə yaxın adam olduğu bildirilib.

14:21

Pakistanın Peşavar şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 25, yaralıların sayı 120-yə çatıb. 

turanın səsi ” xəbər verir ki, bu barədə yerli “Geo TV” telekanalı məlumat yayıb. 

13:33

Pakistanın Peşavar şəhərində məsciddə törədilən partlayış nəticəsində 17 nəfər ölüb, 90-dan çox insan yaralanıb.

turanın səsi ” “Geo TV”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.


13:16

Pakistanın Peşavar şəhərində məscidlərdən birində törədilən partlayış nəticəsində çoxunun vəziyyəti ağır olmaqla 70 nəfər yaralanıb.

Turanın səsi ”  “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin məsul əməkdaşı Sikander Xan bildirib.

Onun sözlərinə görə, Pakistanın şimal-qərbində yerləşən Peşavar şəhərində namaz vaxtı məsciddə partlayış törədilib: “Partlayış nəticəsində binanın bir hissəsi çöküb. Dağıntılar altında adamlar qalıb”.

Peşavardakı “Lady Reading” hospitalının sözçüsü Mohammad Asim bildirib ki, yaralıların bəzilərinin vəziyyəti çox ağırdır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir