“Orion” kosmik gəmisi bu gün Aya yeni uçuşunu həyata keçirəcək

“Orion” kosmik gəmisi bu gün Aya növbəti uçuşunu həyata keçirəcək.

Turanın səsi “  xəbər verir ki, bu barədə NASA-nın saytında məlumat verilib.

Qeyd olunub ki, sınaqdan keçiriləcək pilotsuz kosmik gəmi Aya mümkün qədər yaxınlaşacaq.

Xatırladaq ki, 2019-cu ilin yazında NASA üç mərhələdən ibarət olan “Artemis” proqramının layihəsini açıqlayıb. Birinci mərhələ (“Artemis 1”) “Orion”un Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını təmin edir.

İkinci mərhələ (“Artemis 2”) göyərtədə ekipajla birlikdə Yerin təbii peyki ətrafında uçuşu nəzərdə tutur. Missiyanın üçüncü mərhələsində (Artemis 3) NASA astronavtları 2024-cü ildə Aya endirməyi, sonra isə təxminən 2030-cu illərin ortalarında onları Marsa göndərməyi planlaşdırır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir