Onun hər asqırağına… – Zatulin Paşinyanı aşağıladı
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı iddialarına cavab verib.
“turaninsesi.az” xəbər verir ki, K.Zatulin RTVI kanalına açıqlamasında deyib ki, paşinyan Rusiyaya “birmənalı çağırış” qoyur, lakin onun hər “asqırağına” reaksiya verməyin mənası yoxdur.
Deputatın sözlərinə görə, Paşinyan təxminən eyni şeyi illər əvvəl heç kim onu ciddi siyasi fiqur hesab etməyəndə də deyirdi.
“O, əvvəllər marjinal jurnalist idi və təkid edirdi ki, Ermənistan Rusiyaya diqqət yetirməyi dayandırsın, KTMT-dən çıxsın, Gümrüdəki bazanı ləğv etsin və s. Sonra bunu o, az adamın dinlədiyi bir müxalifətçi kimi bildirdi. Onun 2018-ci ildə baş nazir olması ilə qısa müddət ərzində yalançı dostluq vədləri peyda oldu və indi o, yenidən özünə qayıdıb”, – Zatulin qeyd edib.
Rusiyalı parlamentari xatırladıb ki, KTMT Ermənistanı hələ də assosiasiyanın üzvü hesab edir və onunla əməkdaşlığı davam etdirir.
“Lakin biz başımızı quma gömməməliyik, anlamalıyıq ki, cənab Paşinyan nə etmək istəyir, Ermənistanı hara çəkir. Əhəmiyyətli olan cənab Paşinyanın bütün dünya ermənilərinə təsiridir, sanki əsas erməni, bəzilərinin hesab etdiyi kimi, bizə meydan oxuyur, iddia edir ki, biz Ermənistana qarşı sui-qəsd edirik”, – deputat əlavə edib.
Zatulinin sözlərinə görə, KTMT haqqında danışarkən, Paşinyan Rusiyanı hədəf alır: “Çünki hamı başa düşür ki, KTMT Rusiya üçün müdafiə məkanında özünü ifadə formasıdır”.
“O, açıq şəkildə Rusiyaya qarşı çıxır, onun Ermənistanda və Qafqazda təsirinin minimal olmasını təmin etməyə çalışır. Xüsusilə hərbi əməliyyatlar apardığımız, Qərblə qarşı-qarşıya qaldığımız bir vaxtda.
Mən hər asqırmağa reaksiya verməyimizin əleyhinəyəm. Paşinyan hökumətinin və özünün mahiyyəti barədə daxili nəticə çıxarmaq lazımdır – bu qədər”, – Dövlət Dumasının sözlərini deputatı yekunlaşdırıb.
Xatırladaq ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyinə, Ermənistanın gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır.