“Onlar bir-birinə o qədər nifrət edirlər ki…” – Tramp

Vladimir Putin və Volodimir Zelenski arasında o qədər güclü qarşılıqlı hörmətsizlik var ki, bu, birbaşa dialoqun mümkünlüyünü faktiki olaraq istisna edir.
“turaninsesi.az” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Onlar bir-birinə o qədər nifrət edirlər ki, bir-birləri ilə danışa bilmirlər”, – ABŞ prezidenti bildirib.
Ağ Ev rəhbəri bir daha vurğulayıb ki, Rusiya və Ukrayna liderləri arasında emosional və siyasi gərginliyi nəzərə alaraq, çox güman ki, danışıqlara özü rəhbərlik etməli olacaq.