Oktay Əfəndiyev : “Tammiqyaslı rusiya-Ukrayna müharibəsinin 430-cu günündən “

Uzun fasilədən sonra(51gün) Kiyev şəhəri də daxil olmaqla bir neçə Ukrayna şəhəri raket atəşinə tutuldu. Mülki insanların yaşadıqları yeri hədəfə götürmək rusiyanın çarəsizlik və aqonik halının nəticəsidir.Müharibə uzandıqca raşizmin imkanlari tükənir, aqressivləşir və daha çox günahsız dinc insanın ölümünə səbəb olur. Belə ki, dünən yenidən Ukrayna şəhərləri hücuma məruz qaldı.
Bu barədə ” Turanın səsi ” nə Ukrayna Azərbaycanlilari Birləşmiş Diasporunun Fəxri sədri Oktay Əfəndiyev danışıb .

Ümumilikdə 23 raket(X-101) atılib, bunlardan 21-i havadaca məhv edilsə də 2 raket yenə canlar aldı.
23 raketdən 21-ni Hərbi Hava Qüvvələrimiz məhv etməsəydi terror daha çox canlar alacaqdı.Bu da bir daha onu sübut edir ki, terroru dayandıra və insanları yalnız silahla xilas edə bilərik.
Paytaxt Kiyev, Dnepr, Uman
(Çerkass vilayəti) raşizmin hədəfinə tuş gəldi.Faciənin mərkəzi Uman şəhəri oldu.Təəssüf ki, 23 mülki şəxs həlak olub(5-i uşaq) ,18 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Buna qarşılıq olaraq Ukrayna Silahli Qüvvələrinin Krım(Sevastopolda) dron hücumları nəticəsində neft sənayə məhsulları bazası və Himarsdan atılan dəqiq atəş nəticəsində 58-ci Şimali Qafqaz qarnizonunun yerləşdiyi bina məhv edilib.
Neft bazasında 4-cü dərəcəli yanğın həyacanı verilib, onlarla yanğınsöndürən iş başındadır.
Ümumilikdə 1000m2 yeri əhatə edən yanğın hələ də söndürülməyib.
Ukrayna xalqı və dövləti 430 gündür ki, barbar hücumunun qarşısını alır, müdafiə olunur və məqamı çatanda əks-hücuma keçərək işğal olunmuş torpaqları azad edəcək.Bunun üçün Ali Baş komandandan Ukrayna ordusu əmr gözləyir.
Dünyanın diqqət mərkəzi bu hücumun nə zaman baş verəcəyindədir.
Bu hücum olacaq, mütləq olacaq, çünki işğal olunmuş torpaqlar Ukrayna əsgərinin qanı bahasına azad olunacaq. Biz buna inanırıq və bütün gücümüzü bu yolda səfərbər edirik.
Cəmiyyət-yalnız həmrəylik və birlik şəraitində uğur əldə edir. Uğurlu yollar-bizi qələbəyə aparır.
İnamla qələbəyə doğru

Biz qalib gələcəyik !

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir