Oktay Əfəndiyev : “Tammiqyaslı rusiya-Ukrayna müharibəsinin 400-cü günü”

Bu müddətdə ukraynalılar döyüşdü, ukraynalılar döyüşür, ukraynalılar döyüşəcək!
Hər yerdə- Müdafiə və Təhlükəsizlik Qüvvələrinin tərkibində, səngərdə, küçələrdə, tarlalarda, bir sözlə azadlıq uğrunda döyüşür.

Bu barədə ” turanın səsi ” nə müsahibəsində Ukrayna Azərbaycanlilari Birləşmiş Diasporunun Fəxri sədri

Döyüşür ki, öz gələcəyini və inkşafını təmin etsin.Ukrayna müstəqil dövlət olaraq öz taleyini və hara istiqamət götürəcəyini özü müəyyən edir.
Ukrayna xalqı sübüt edir ki, işğalçı rusiya ruhumuzla, xarakterimizlə və döyüş əzmimizlə məğlub olmağa məhkumdur.


Az qaldı !


Xalqın birliyi və həmrəyliyi möhtəşəmdir.Bu, bir daha onu sübut edir ki, ruhu əyilməz xalq qalibdir!
Bütün bunlarla yanaşı Ukraynanın dostlarını da unutmaq olmaz.


Hər biri öz imkanları və gücləri daxilində hər mənada kömək olur. Məhz, xalqın döyüş əzmi və müttəfiqlərin dəstəyi sayəsində 400 gündür ki, Ukrayna ayaqdadır.


Düşmənə qarşı sona qədər mübarizə aparmaq hər bir Ukraynalının ruhunda və xarakterində öz əksini tapıb.
Hələ də işğal altında olan ərazilər var, təhlükə də bizi addım-addım izləyir.Amma həyat , insanlarımız açıq-aşkar bütün qorxulardan güclüdür.
Biz, cəmiyyət və dövlət olaraq bu sınaqdan da şərəflə çıxacağıq.
Ukrayna xalqı bütün çətinlikləri dəf edərək, qalib olacaqdır.Azadlıq şərbəti boşuna əldə olunmur.Bu, qan-qada hesabına əldə olunar.Azadlıq qiymətsizdir, onun uğrunda nə qədər lazımdırsa, o qədər mübarizə aparmağa dəyər.
Ukrayna xalqının əhval-ruhiyyəsi və ordunun döyüş əzmi çox yüksəkdir, çünki öz torpağını qoruyur.Ukraynanın haqlı mübarizəsi qalibiyyətlə başa çatacaq və Ukrayna Günəşi parlayacaq! Buna şübhəmiz yox, inamımız çoxdur.İnamla qələbəyə doğru.

Biz qalib gələcəyik!

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir