“O terrorçunun paytaxtına gedə bilmərəm” – Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvada danışıqlar aparmaq dəvətini rədd edib.

turaninsesi.az” xəbər verir ki, Zelenski ABŞ-ın ABC News kanalına açıqlamasında bildirib ki, ölkəsi hər gün raket hücumlarına məruz qaldığı halda Moskvaya gedə bilməz:

“(Putin) Kiyevə gələ bilər. Ölkəm hər gün raket hücumlarına məruz qalanda mən Moskvaya gedə bilmərəm. O terrorçunun paytaxtına gedə bilmərəm”. 

Ukrayna lideri həmçinin Putinin müharibəni bitirmək niyyətində olmadığını vurğulayıb:

“Biz Putinə etibar edə bilmərik. O, oyun oynayır, indi isə ABŞ-la oynayır”, – Zelenski qeyd edib.

Xatırladaq ki, sentyabrın 3-də Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı “tunelin sonunda işığı gördüyünü” bəyan edərək, Zelenskini Moskvaya dəvət etmiş və onunla görüşməyə hazır olduğunu açıqlamışdı.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI