Nüvə obyektinə zərbə: Peskov iddiaları cavablandırdı

Rusiya ordusunun nüvə infrastruktur obyektlərinə zərbələri istisnadır.
“turaninsesi.az” Interfax-a istinadla xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Ondan Kiyevin Rusiya pilotsuz təyyarəsinin Çernobıl AES-in dağıdılmış dördüncü enerji blokunun sığınacağına daxil olması ilə bağlı iddialarına münasibət bildirməsi istənilib:
“Məndə dəqiq məlumat yoxdur. Amma bir şeyi bilirəm: hər hansı nüvə infrastrukturu obyektlərinə, nüvə enerjisi infrastrukturuna zərbələr endirilməsindən söhbət gedə bilməz. Ona görə də iddialar doğru deyil. Çox güman ki, söhbət daha bir təxribatdan, saxtakarlıqdan gedir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI