Nümayəndələr Palatası ABŞ-ın dövlət borcunun tavanını artırmaq planını təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası respublikaçıların büdcə xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla ölkənin dövlət borcunun yuxarı həddini artırmaq üçün təklif etdiyi planı təsdiqləyib.

Turanın səsi ” xəbər verir ki, təşəbbüsü 217 konqresmen dəstəkləyib, 215-i isə əleyhinə səs verib.

Əksər hallarda səslər partiya mənsubiyyəti prinsipinə görə bölünüb. Demokratlar plana qarşı çıxırlar.

Tədbirlər paketi büdcə xərclərinin 2022-ci maliyyə ili səviyyəsində qurulması tələbi ilə (ABŞ-da oktyabrın 1-dən başlayır) dövlət borcunun tavanının ya 32,9 trilyon dollara, ya da 2024-cü il martın 31-dək artırılmasını, xərclərin artımını ildə 1% məhdudlaşdırmağı, COVID-19 ilə mübarizə üçün xərclənməmiş vəsaitlərin büdcəyə qaytarılmasını, vergi xidmətinin maliyyələşdirilməsi haqqında qanunun və ABŞ Prezidenti Cozef Baydenin ali təhsilin ödənilməsi üçün kreditlər üzrə borcların silinməsi barədə qərarının ləğvini, inflyasiyanın azaldılması üçün qanun çərçivəsində tətbiq edilən vergi güzəştlərinin dayandırılmasını nəzərdə tutur.

Ekspertlər əmindirlər ki, Demokratların nəzarətində olan Konqres Senatın bu təklifini dəstəkləməyəcək.

Ağ Ev daha əvvəl bildirib ki, plan Konqresin hər iki palatasındakı qanunvericilər tərəfindən təsdiqlənərsə, Bayden ABŞ-ın milli borc tavanını artırmaq üçün bu təşəbbüsə veto qoyacaq.

ABŞ administrasiyası son vaxtlar Konqresi qanunla 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş milli borc tavanını artırmağa çağırır. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Partiyası ənənəvi olaraq borc limitinin artırılmasına şübhə ilə yanaşır və dövlət xərclərinin azaldılmasının tərəfdarıdır.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, defoltdan qaçmaq üçün təcili tədbirlər görmək lazımdır. Söhbət sonradan təxirə salına bilən büdcə xərclərinin müəyyən kateqoriyalarından imtinadan gedir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir