Nikol Paşinyanla Vladimir Putin arasında telefon danışığı olub
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/404179.jpg)
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“Turanın səsi ” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətindən bildirilib.
Telefon danışığı zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktybar 2022-ci il tarixli üçtərəfli bəyanatların icrası, o cümlədən regional nəqliyat xətlərinin açılması müzakirə edilib.
N.Paşinyan və V.Putin Laçın yolundakı durum barədə də danışıblar.