Nikol Paşinyanın oğlunun oğurlanmasına cəhd olub, cinayət işi açılıb – YENİLƏNİB

Ermənistan polisi baş nazir Nikol Paşinyanın oğlundan oğurlanması cəhdi ilə bağlı məlumat alıb. 

turanın səsi” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin İnformasiya Departamentinin rəis müavini Edqar Canoyan bildirib.

Onun sözlərinə görə, məlumat daxil olub, lazımi tədbirlər görülür, hazırlanmış sənədlər Ermənistan Respublikası İstintaq Komitəsinə göndərilib.

16:24

Mayın 17-də yerli vaxtla saat 15 radələrində Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd olunub.

Turanın səsi ” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, A.Paşinyanı oğurlamaq istəyənlər “Oğulların çağırışı” adlı ictimai təşkilatın üzvləridir.

Onlar hökumət başçısının oğlunu zorla maşına mindirməyə çalışıblar, ancaq o, avtomobildən düşərək qaçıb.

Bu zaman həmin avtomobil Aşot Paşinyanı vuraraq yaralayıb.

Oğrular hadisə yerindən qaçaraq gizləniblər. Baş nazirin oğlu hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, “Oğulların çağırışı” ictimai birliyi 44 günlük müharibədə ölən erməni hərbçilərin valideynləri tərəfindən yaradılıb. Təşkilata Ara Rüstəmyan rəhbərlik edir. “Oğulların çağırışı” ictimai birliyinin üç əsas məqsədi hökumətin istefası, milli hökumətin formalaşdırılması və yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir