Nikol Paşinyan Türkiyədə səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.

Turanın səsi ” xəbər verir ki, onu Ankaranın Esenboğa hava limanında Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Serdar Kılıç qarşılayıb.

N.Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasiminə qatılacaq.

Hökumət başçısını Ermənistan parlamentin vitse-spikeri, Ankara ilə münasibətlərin normallaşdırılması prosesində İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

Bu, N.Paşinyanın Türkiyəyə ilk səfəridir.

Xatırladaq ki, N.Paşinyan 2018-ci ildən Ermənistanın baş naziridir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir