Niderlandın baş naziri Zelenskiyə qışda Ukraynaya kömək edəcəyinə söz verib

Niderlandın baş naziri Mark Rutte ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Turanın səsi” xəbər verir ki, dialoq zamanı xüsusilə Amsterdamdan Kiyevə yardımla bağlı məsələlər müzakirə olunub.

Niderlandın baş naziri qeyd edib ki, ölkəsi Kiyevə müxtəlif yardımlar, o cümlədən hərbi yardım göstərməkdə davam edəcək.

Eyni zamanda, Zelenski Niderlandın baş naziri ilə danışıqlar faktını təsdiqləyib. O, Rutte ilə Ukraynanın müdafiəsi və ölkənin enerji infrastrukturunun bərpası sahəsində gələcək əməkdaşlığı müzakirə edib.

“Mən Niderlandın Baş naziri ilə ərazimizin, xüsusən də səmanın müdafiəsi, Ukraynanın enerji infrastrukturunun bərpası sahəsində gələcək əməkdaşlığı müzakirə etdim. Mən taxıl sazişinin davam etdirilməsinin tərəfdarıyam”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir